Bu il 195-2 Çağrı Mərkəzinə 5 mindən çox müraciət olub


Digərləri 05 İyl 2018 21:01:00 279 0

Bu il 195-2 Çağrı Mərkəzinə 5 mindən çox müraciət olub

Müraciətlərin 4 minə yaxın hissəsi canlı rejimdə birbaşa, digər hissəsi isə səsli menyu vasitəsilə cavablandırılıb.

Bakı. 2018-ci ilin birinci yarımilində 195-2 Çağrı Mərkəzinə 5 mindən çox müraciət olub. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, 2018-ci ilin yanvar-iyun aylarında nazirliyin 195-2 Çağrı Mərkəzinə daxil olan müraciətlərin 4 minə yaxın hissəsi canlı rejimdə birbaşa, digər hissəsi isə səsli menyu vasitəsilə cavablandırılıb. Müraciətlər əsasən, lisenziyaların verilməsi, güzəştli kreditlərdən istifadə qaydaları, istehlakçıların hüquqlarının müdafiəsi, sahibkarlıq fəaliyyəti, qrant müqavilələrin (qərarların) qeydə alınması, investisiya təşviqi və təsdiqedici sənədlərin verilməsi, eləcə də nazirliyin səlahiyyətlərinə aid digər məsələləri əhatə edib.