Almaniya terrorçu PYD və YPGni PKKnın Suriyadakı qolları kimi tanıdı


Dünya 05 İyl 2018 20:18:00 319 0

Almaniya terrorçu PYD və YPGni PKKnın Suriyadakı qolları kimi tanıdı

Almaniyanın Daxili Kəşfiyyat Xidməti PYD və YPG-ni terrorçu PKK qruplaşmasının Suriyadakı qolları olduğunu təsbit edib.

Son.az report-a istinadən xəbər verir ki, Konstitusiya Mühafizə Təşkilatının Almaniyanın Şlezviq-Qolşteyn əyalətindəki şöbəsinin internet saytı bu barədə 138 səhifəlik hesabat yayıb.

Sənəddə qeyd olunub ki, ölkədə fəaliyyət göstərən qanunsuz qrup və terror dəstələrinin 2017-ci ildəki vəziyyəti nəzarət altına alınıb. Hesabatda vurğulanıb ki, PYD terrorçu PKK ilə qardaş təşkilat, YPG isə bu terrorçu qruplaşmanın Suriyadakı qoludur.

Almaniya 1993-cü il dekabrın 22-dən PKK-nın ölkə ərazisində fəaliyyət göstərməsini qadağan edib. Rəsmi Berlin 2002-ci ildən isə PKK adını terrorçu təşkilatlar siyahısına salıb.