Azərbaycanda rəsmi şəkildə atasız qeydə alınan uşaqların STATİSTİKASI


Digərləri 05 İyl 2018 19:59:17 305 0

Azərbaycanda rəsmi şəkildə atasız qeydə alınan uşaqların STATİSTİKASI

Son iki ildə Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların təxminən 30 faizi yalnız ananın ərizəsi əsasında Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələrində qeydiyyata alınıb.

Bakı. İlhamə İsabalayeva - Son iki ildə Azərbaycanda qeyr-rəsmi nikahda olan qadınlar tərəfindən doğulan uşaqların təxminən 30 faizi yalnız ananın ərizəsi əsasında Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələrində qeydiyyata alınıb. Trend-in məlumatına görə, 2017-ci ildə Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan 22 796 uşağın 16 471-i hər iki valideynin, 6325-i tək ananın ərizəsinə əsasən, qeydiyyata alınıb. Tək ananın ərizəsi ilə qeydiyyata alınan uşaqlar ümumilikdə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların 27,75 faizini təşkil edib. 2016-cı ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların 30,5 faizi yalnız ananın ərizəsi ilə qeydiyyata götürülüb. Həmin ildə qeyri-rəsmi nikahda olan qadınlar tərəfindən doğulan 26 288 nəfər uşağın 18 262-i hər iki valideynin, 8026 nəfəri tək ananın ərizəsi ilə Qeydiyyat şöbələrində qeydiyyata alınıb. Son 15 ildə tək ananın ərizəsi əsasında ən çox uşağın qeydiyyata alındığı il 2013-cü il olub. Həmin ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan 25 069 uşağın 14 197-sinin qeydiyyata alınması üçün yalnız ana müraciət edib.