Şamaxıda "Azercell Eksklüziv" açılıb (FOTO)


Digərləri 05 İyl 2018 19:34:00 411 0

Şamaxıda "Azercell Eksklüziv" açılıb (FOTO)

Azercell Telekom paytaxt və regionlarda eksklüziv mağazalarının fəaliyyətini genişləndirir.

Bakı. Abunəçilərinin rahatlığı və xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədilə Azercell Telekom paytaxt və regionlarda eksklüziv mağazalarının fəaliyyətini genişləndirir. Şirkətdən Trend-ə verilən məlumata görə, bu dəfə şirkət Şamaxı şəhəri, Ağamirzəli Əhmədov küç. 1 ünvanında açılan yeni konsepsiyalı ofisini abunəçilərin ixtiyarına verib. Xatırladaq ki, ən müasir avadanlıqla təchiz olunan mağazanın xüsusi özəlliyi ofisdə acıq sahələrin mövcudluğu, servislərin və seçim imkanlarının rahatlığıdır. Belə ki, burada abunəçilər istədiyi məhsulu tədqiq və müqayisə edə, sınaqdan keçirə bilərlər. Düzgün seçim etməkdə, xidmətlərə qoşulmaqda və digər məsələlərdə isə müştərilərə peşəkar satış mütəxəssisləri dəstək olur. Bu mağazada da “izahlı qaimə” və “addan-ada” əməliyyatları istisna olmaqla, şirkətin müştəri xidmətləri mərkəzlərində təqdim olunan bütün əməliyyatlar da icra olunur. Burada abunəçilər mobil texnologiyaları dəstəkləyən əlavə cihazlar, müxtəlif aksessuarlar əldə edə, mobil telefonları kredit və nağd şəkildə ala bilərlər. Mağaza həftənin bütün günləri fasiləsiz olaraq səhər saat 9:00-dan axşam 20:00-a qədər abunəçilərə yüksək keyfiyyətli xidmət göstərməyə hazırdır. Onu da qeyd edək ki, açılış günündən etibarən 3 gün ərzində Azercell Eksklüziv mağazasından alış-veriş edən müştərilər xərclədikləri məbləğin düz 50% dəyərində hədiyyə qazanmaq imkanı əldə edəcəklər.