İstirahət zonası Bodrumda meşə yanır


Digərləri 05 İyl 2018 17:32:00 291 0

İstirahət zonası Bodrumda meşə yanır

Türkiyənin cənub-qərbində Bodrum rayonunun Muğla vilayətində meşə ərazisində güclü yanğın başlayıb.

Bakı. Rufiz Hafizoğlu - Türkiyənin cənub-qərbində Bodrum rayonunun Muğla vilayətində meşə ərazisində güclü yanğın başlayıb. Trend-in məlumatına görə, fövqəladə xidmət yanğının meşənin 3 ha ərazisini əhatə etməsi barədə bildirib. Xəsarət alanlar barədə məlumat verilməyib. Hazırda yanğının lokallaşdırılması istiqamətində operativ işlər aparılır. Bu məqsədlə yanğınsöndürmə briqadası ilə bərabər vertolyotlar da prosesə cəlb edilib.