"Bu həmrəyliyin əsasında Azərbaycan Prezidentinə və onun fəaliyyətinə olan inam dayanır"


Digərləri 05 İyl 2018 15:15:00 303 0

"Bu həmrəyliyin əsasında Azərbaycan Prezidentinə və onun fəaliyyətinə olan inam dayanır"

"İyulun 3-də Mingəçevirdəki Azərbaycan istilik Elektrik Stansiyasında (İES) baş verən qəza və onun nəticələri bir növ həm də Azərbaycanda elektrik enerjisi sisteminin sınağı idi. Bu qəza nəticəsində sistemdə mümkün və mövcud olan boşluqlar üzə çıxdı".

Bu barədə Son.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, eləcə də YAP Siyasi Şurasının üzvü, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

Prezident İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib - FOTO  Onun sözlərinə görə, heç bir ölkənin enerji sistemi baş verə biləcək qəzalardan tamamilə sığorta olunmayıbdır. Xüsusən, ekstremal vəziyyətdə belə halların baş verməsi mümkündür. Mingəçevir şəhərindəki Azərbaycan İstilik Elektrik Stansiyasında baş vermiş qəza ilə bağlı isə iyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında müşavirə keçirildi və dövlət başçısı orada çox ciddi tapşırıqlar verdi: "Hadisənin baş verməsi bir sıra məsələləri üzə çıxardı. Bəlli oldu ki, Azərbaycanda dayanıqlı enerjinin bərpası ilə bağlı həyata keçirilən siyasətin biri də qonşu ölkələrlə enerji sektorunun inttqrasiya edilməsi idi. Qəzanın nəticələrinin tezliklə və qısa müddətdə aradan qaldırılması bir daha onu göstərdi ki, Azərbaycanda  qonşu ölkələrlə enerji kommunikasiyaların inteqrasiya olunması vaxtında atılan strateji və uzaqgörən addim idi. Bu məsələ ilə bağlı cənab Prezident qonşu Rusiya və Gürcüstana öz təşəkkürünü bildirdi. Əlbəttə ki, cənab Prezident məsələlərin baş vermə səbəblərinin araşdırılması ilə bağlı Dövlət Komissiyası yaratdı və bu komissiya, heç şübhəsiz, yekun nəticələrlə bağlı həm Azərbaycan Respublikasının Prezidentini, həm də cəmiyyəti məlumatlandıracaqdır. Son 15 il ərzində ölkəmizdə 2500 meqavatt gücündə yeni elektrik stansiyaları tikilibdir. Hazırda Azərbaycanın enerji potensiali 6400 meqavatta bərabərdir ki, bu da çox ciddi rəqəmdir. Bu potensial, bu imkanlar nəinki istehlakçıların enerji tələbatını ödəməyə, eyni zamanda elektrik enerjinin ixracı üçün də tam şərait yaradır. Lakin çox təəssüf ki, enerji sektorunda çalışan bəzi məmurların və rəhbər şəxslərin yol verdiyi nöqsanlar sayəsində yeni yaradılan və lokal enerji mənbələrinin fəaliyyətini koordinasiya etmək mümkün olmayıbdır. Beləliklə, sadəcə bir blokda baş verən qəza bütün ölkənin elektrik təchizatına mənfi təsir göstəribdir.

Cənab Prezident müşavirədə bu məsələni də diqqətə çəkərək bildridi ki, bunun səbəbləri aydınlaşdırılımalıdır və bu vaxta qədər yol verilmiş nöqsanlar aradan qaldırılmalıdır ki, gələcəkdə bir daha Azərbaycanda bu cür qəzalar baş verməsin".

Enerji sektorunun mürəkkəb bir sektor olduğunu qeyd edək millət vəkilinin fikrincə, bu gün ayrı-ayrı enerji istehsal edən mənbələrin fəaliyyətinin koordinasiya olunması üçün yeni planların və layihələrin hazırlanması çox aktualdır: "Cənab Prezident qeyd etdi ki, Bakıda, Sumqayıtda, Şirvanda, Astarada, Xaçmazda, Şəkidə və s. rayon və bölgələrdə elektrik stansiyaları yaradılmışdır. Amma bunların fəaliyyəti arasında görünür, koordinasiya düzgün müəyyənləşdirilmədiyinə görə Mingəçevirdəki İES-ə alternativ ola biləcək və yaxud orada fəsad baş verən zaman ölkədə enerji böhranının qarşısını ala biləcək bu yardımçı təsərrüfatların istismarının düzgün təşkil olunmaması bu cür fəsadlara gətirib çıxarmışdır".