Dövlət qulluğuna qəbul üçün müsahibələrin keçirilmə qrafiki müəyyənləşib


Digərləri 05 İyl 2018 14:40:00 253 0

Dövlət qulluğuna qəbul üçün müsahibələrin keçirilmə qrafiki müəyyənləşib

Dövlət qulluğuna qəbul üçün müsahibələrin keçirilmə qrafiki müəyyənləşib

Bakı. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən vakant inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün mayın 22-də elan edilmiş ümumi müsahibədə qeydə alınmış namizədlərlə müsahibələrin keçirilmə qrafiki müəyyənləşib. DİM-dən Trend-ə verilən məlumata görə, namizədlərlə müsahibələrin mərkəzin Bakıdakı inzibati binasında keçirilməsi nəzərdə tutulur. Müsahibələrin Hesablama Palatası, Energetika Nazirliyi, Təhsil Nazirliyi, Maliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Şirvan Apellyasiya Məhkəməsi, Lənkəran Ağır Cinayətlər Məhkəməsi, Şabran Rayon Məhkəməsi üzrə elan edilmiş vakant vəzifələri əhatə etməklə iyulun 9-dan 19-dək aparılması planlaşdırılır.