Bakıda yol polisinin əmrinə tabe olmayan sürücü ağır qəza törədərək ərazidən qaçıb FOTO


Digərləri 05 İyl 2018 14:25:00 310 0

Bakıda yol polisinin əmrinə tabe olmayan sürücü ağır qəza törədərək ərazidən qaçıb  FOTO

Bakıda yol polisinin əmrinə tabe olmayan sürücü ağır qəza törədib.

Son.az report-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib.

Belə ki, Koroğlu Rəhimov ilə akademik Həsən Əliyev küçəsinin kəsişməsində işıqforun yaşıl işığında "BMW" markalı avtomobil keçərkən polisdən qaçan və yüksək sürətlə qırmızı işıqda keçən "Mazda" ona çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillər deformasiyaya uğrayıb.

Əraziyə yol polisi əməkdaşları gəlib. Qəzadan dərhal sonra "Mazda"nın sürücüsü avtomobilini tərk edərək uzaqlaşıb.

Hazırda polis "Mazda"nın sürücüsünü axtarır.


Xəbərə aid fotolar