Bakıda mənzildən 61 yaşlı qadının meyiti tapıldı


Digərləri 05 İyl 2018 13:46:00 211 0

Bakıda mənzildən 61 yaşlı qadının meyiti tapıldı

Nizami rayonunda mənzildən meyit tapılıb.

FHN-dən Son.az-a verilən məlumata görə, 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1957-ci il təvəllüdlü İsgəndərova Raziyə Xanmirzə qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.