Mingəçevirdə İESdə yenidən YANĞIN


Digərləri 05 İyl 2018 13:13:00 425 0

Mingəçevirdə İESdə yenidən YANĞIN

Bu gün saat 08:25-də Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində "Azərbaycan İES" MMC-nin ərazisində yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Son.az-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri saat 08:28-də hadisə yerinə çatıb.

Yanğın zamanı cərəyan transformatorlarından birinin açarı, sarğıları və ətrafa dağılmış 400 m² sahədə transformator yağı yanıb. Digər transformatorlar yanğından mühafizə olunub.

Yanğın saat 08:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.