BANMın məzun günündə unudulmaz anlar VİDEO


Digərləri 05 İyl 2018 13:15:00 228 0

BANMın məzun günündə unudulmaz anlar  VİDEO

Bu il "Bakı Ali Neft Məktəbinin məzunu" adını qazanan tələbələr üçün möhtəşəm məzun günü keçirilib.

BANM-dan Son.az-a verilən məlumata görə, "Proseslərin avtomatlaşdırılması mühəndisliyi", "Neft-qaz mühəndisliyi" və "Kimya mühəndisliyi" ixtisasları üzrə Ali Məktəbi bitirən tələbələr elə məzun günündə öz diplomlarını əldə ediblər.

Məzunlar arasından 12 nəfər isə Ali Məktəbi fərqlənmə diplomu ilə bitirib.

Qeyd edək ki, hər zaman sahə üzrə dərin bilikləri, praktiki təcrübələri və dil biliyi ilə seçilən BANM-ın məzunları daim yerli və xarici şirkətlərin diqqət mərkəzindədirlər. Keçənilki məzunlar kimi 2018-ci il məzunları da hələ diplom almamış şirkətlər tərəfindən iş təklifi əldə ediblər.