Səhiyyə Nazirliyi İSTİDƏN ölənlərin olması barədə məlumatları təkzib etdi


Digərləri 05 İyl 2018 12:57:00 250 0

Səhiyyə Nazirliyi İSTİDƏN ölənlərin olması barədə məlumatları təkzib etdi

Səhiyyə Nazirliyi küçədə yüksək temperaturlardan dünyasını dəyişənlərin olması barədə yayılan məlumatları təkzib edib.

Bakı. İlhamə İsabalayeva - Səhiyyə Nazirliyi küçədə yüksək temperaturdan dünyasını dəyişənlərin olması barədə yayılan məlumatları təkzib edib. Nazirliyin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova Trend-ə bildirib ki, istidən dünyasını dəyişənlərin olması barədə deyilənlər düzgün məlumat deyil: "Əgər belə hadisələr olsaydı, bundan ilk xəbər tutan Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidməti olardı".