Yıldırım: Parlament spikeri olmağa etiraz etmərəm


Digərləri 05 İyl 2018 12:38:00 184 0

Yıldırım: Parlament spikeri olmağa etiraz etmərəm

Türkiyənin Baş naziri Binəli Yıldırım ölkə parlamentinin spikeri ola biləcəyini istisna etməyib.

Bakı. Rufiz Hafizoğlu - Türkiyənin Baş naziri Binəli Yıldırım ölkə parlamentinin spikeri ola biləcəyini istisna etməyib. Trend-in məlumatına görə, Baş nazir bəyan edib ki, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan onun namizədliyini parlament spikeri vəzifəsinə irəli sürərsə, etiraz etməz. Qeyd edək ki, Türkiyə Parlametinin 27-ci çağırış deputatları iyulun 8-də vəzifələrinin icrasına başlayacaqlar. Artıq dünən Türkiyə Mərkəzi Seçki Komissiyası ölkədə iyunun 24-də keçirilmiş prezident və parlament seçkilərinin yekun nəticələrini açıqlayıb.