Azadlıq üçün Azadlığa dırmaşdı VİDEO FOTO


Digərləri 05 İyl 2018 12:20:00 262 0

Azadlıq üçün Azadlığa dırmaşdı  VİDEO  FOTO

ABŞ-da miqrant ailələrinin birləşməsinə imkan verməyən yeni qanunun qəbul ollunmasına etiraz edən qadın Nyu-Yorkda Azadlıq heykəlinin pyedestalına dırmaşıb.

Son.az Daily Mail-ə istinadən bildirir ki, qadının heykəldən aşağı salınması əməliyyatına 16 polis əməkdaşı cəlb olunmuşdu.

"Əvvəlcə o, aqressiv idi. Lakin sonra deyilənləri eşitməyə başladı. Sonra isə onun dalınca heykələ dırmaşmaq məcburiyyətində qaldığımız üçün bizdən üzr istədi", - polis zabiti Brayan Qleken deyib.

Heykələ dırmaşmış qadın 44 yaşlı Tereza Patrisiya Okoumoudur. Onun əynində sinəsinə "Rise and Resist" ("Qiyam et və müqavimət göstər") yazılmış futbolka vardı.

Okoumou "Trump Care Makes Us Sick" və "Abolish ICE" şüarları ilə Nyu-Yorkda aksiya keçirən, miqrantların ailələrinin ABŞ sərhədində zorla ayrılmasına etiraz edən qrupun arasında idi.

Aksiyanı təşkil edən "Rise and Resist" qrupu olaydan xəbərsiz olduğunu bəyan edib.


Xəbərə aid fotolar