Pakistanda leysan yağdı, 14 nəfəri öldürdü


Digərləri 05 İyl 2018 11:58:29 273 0

Pakistanda leysan yağdı, 14 nəfəri öldürdü

Pakistanın şimal bölgələrində baş vermiş leysan nəticəsində azı 14 nəfər həlak olub, 17 nəfər isə müxtəlif xəsarətlər alıb

Bakı. Pakistanın şimal bölgələrində baş vermiş leysan nəticəsində azı 14 nəfər həlak olub, 17 nəfər isə müxtəlif xəsarətlər alıb. Trend-in məlumatına görə, təkcə Pəncab əyalətində həlak olanların sayı 12 nəfər olub. Qeyd olunur ki, ölənlərin əksəriyyəti yaşayış evlərinin damlarının çökməsi nəticəsində həyatını itirib.