Oqtay Şirəliyev: ÜST Azərbaycana icbari tibbi sığortanın tətbiqinə yardım göstərməyi təklif edib (FOTO)


Digərləri 05 İyl 2018 11:41:00 235 0

Oqtay Şirəliyev: ÜST Azərbaycana icbari tibbi sığortanın tətbiqinə yardım göstərməyi təklif edib (FOTO)

ÜST Azərbaycana icbari tibbi sığortanın tətbiqinə yardım göstərməyi təklif edib

Bakı. İlhamə İsabalayeva - Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycana icbari tibbi sığortanın tətbiqi üçün özünün tövsiyəsini verməyi, ekspert yardımı göstərməyi, eyni zamanda Azərbaycanın icbari tibbi sığorta modelinin digər ölkələr üçün nümunəvi model kimi təqdim edilməsini təklif edib. Trend-in məlumatına görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesusun iştirakı ilə "BMT-nin dayanıqlı inkişaf məqsədlərində səhiyyə islahatları" mövzusunda keçirilən yüksək səviyyəli iclasda çıxışı zamanı deyib. O bildirib ki, ÜST-nin baş direktorunun təşəbbüsü ilə qəbul edilən qətnamələr və aparılan islahatlar səhiyyə sahəsində infeksiyon və qeyri-infeksiyon xəstəliklərin qarşısının alınmasına yönəlib.