Bakıda yeni şahmat məktəbi açılıb


Digərləri 05 İyl 2018 11:22:00 333 0

Bakıda yeni şahmat məktəbi açılıb

Bu gün Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “D” yaşayış sahəsi ərazisində şahmat məktəbinin açılış mərasimi keçirilib.

Bakı. Bu gün Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “D” yaşayış sahəsi ərazisində şahmat məktəbinin açılış mərasimi keçirilib. Gənclər və İdman Nazirliyindən Trend-ə verilən məlumata görə, 2 mərtəbə və zirzəmi hissəsindən ibarət məktəbin tikilialtı sahəsi 333 kv.m, ümumi sahəsi isə 963 kv.m, həcmi 3724 kub.m təşkil edir. Şahmat məktəbində şahmat tədrisi üçün sinif otaqları, yarışların keçirilməsi üçün yarış zalları, müəllimlər otağı, kitabxana, tədris üçün nəzərdə tutulan və xüsusi şahmat proqramları ilə təchiz edilmiş kompüter otağı, həkim otağı, inzibati otaqlar, mətbəx, sanitar qovşaqlar var. Məktəbdə eyni zamanda 70-80 nəfərin tədrisi üçün bütün imkanlar yaradılıb.