Qəzada ölən 6 yaşlı uşağın son sözü


Dünya 05 İyl 2018 10:33:00 299 0

Qəzada ölən 6 yaşlı uşağın son sözü

Bodrumda baş verən dəhşətli qəzadan sonra xəsarət alaraq xəstəxanaya çatdırılan 6 yaşlı Ömer Faruk Odabaşı edilən bütün müdaxilələrə baxmayaraq, beyninə qan sızdığı üçün xilas etmək mümkün olmayıb.

Son.az Milliyet-ə istinadən xəbər verir ki, qəza axşam saat 19:00 radələrində qeydə alınıb.

6 yaşlı Ömer Faruk Odabaşının qəza yerində ilkin tibbi müdaxilədən sonra xərəklə təcili yardım maşınına mindirilərkən, ağlayan anasına "Ana, üzülmə, mən yaxşıyam" deməsi ətrafdakıları dəhşətə gətirib. 


Xəbərə aid fotolar