Nazir Bakı Şəhər Təhsil İdarəsini müavininə həvalə etdi


Digərləri 05 İyl 2018 10:21:00 248 0

Nazir Bakı Şəhər Təhsil İdarəsini müavininə həvalə etdi

Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir vəzifəsinin icrası təhsil nazirinin müavini Məhəbbət Vəliyevaya həvalə edilib.

Bu barədə Son.az-a idarədən məlumat verilib.

Qeyd edək ki, Məhəbbət Vəliyeva Bakı şəhərində anadan olub.

1990-cı ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu Rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə bitirib.

1991-2003-cü illərdə Səbail rayonu 190 nömrəli tam orta məktəbdə müəllim, 2003-2008-ci illərdə "XXI əsr" Ümumtəhsil Mərkəzində təlim-tərbiyə işləri üzrə direktor müavini, 2008-2014-cü illərdə akademik Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsində çalışıb.

2001-ci ildə "İlin ən yaxşı müəllimi" Respublika müsabiqəsinin qalibi olub.

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 sentyabr tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adına layiq görülüb.