Diqqət! Bu yollarda rənglənmə işləri aparılır


Digərləri 05 İyl 2018 10:26:00 232 0

Diqqət! Bu yollarda rənglənmə işləri aparılır

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə səhər saatlarından Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun, Sumqayıt dairəsidən H.Z. Tağıyev qəsəbəsi istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır. Rənglənmə işləri axşam saatlarınadək davam etdiriləcək.

Son.az-ın xəbərinə görə, bu barədə AAYDA və BNA-nın birgə məlumatında deyilir.

Bundan başqa bu gün axşam saat 23:00-dan etibarən Z.Bünyadov prospektinin, 20 yanvar dairəsindən, Koroğlu metrosu istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.