Novxanı çimərliyində 1 nəfər batdı


Digərləri 05 İyl 2018 10:04:00 246 0

Novxanı çimərliyində 1 nəfər batdı

Abşeron rayonunun Novxanı çimərliyində 1 nəfər batıb. 

Son.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Belə ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə ötən gün Abşeron rayonunun Novxanı çimərliyində 1 nəfərin batması barədə məlumat daxil olub. 

Məlumata görə, bu gün səhər saatlarından etibarən Fövqəladə Hallar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.