İsraildə zəlzələ olub


Dünya 05 İyl 2018 08:50:00 252 0

İsraildə zəlzələ olub

İsrailin şimalında 4,7 bal gücündə zəlzələ baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Yerli vaxtla saat 22:45-də qeydə alınan yeraltı təkanların episentri Tiberia şəhərindən 7 km şimal-şərqdə,  ocağı 10 km dərinlikdə yerləşib.