Xirdalanda 115 mm-lik top mərmisi tapılıb (FOTO)


Digərləri 05 İyl 2018 01:20:51 522 0

Xirdalanda 115 mm-lik top mərmisi tapılıb (FOTO)

Xırdalanda top mərmisi tapılıb.

Bakı. Xırdalanda top mərmisi tapılıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, 2018-ci il 04 iyul tarixində saat 21:39-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub. Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Abşeron rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.