Qan qruplarına görə pəhriz qadının həyatını 4 həftəyə dəyişdi


Digərləri 04 İyl 2018 22:49:00 253 0

Qan qruplarına görə pəhriz qadının həyatını 4 həftəyə dəyişdi

Hal hazırda qan qruplarına görə pəhriz bütün dünyada dəbdədir.

Bu pəhrizə əsasən müxtəlif qan qruplarına aid olan insanların qidalanması müxtəlif olmalıdır, onlar üçün uyğun və uyğun olmayan qidalar mövcuddur.

Son.az saglamolun.az-a istinadən bildirir ki, avstraliyalı jurnalist Anna Lavdaras bu pəhrizi sınaqdan keçirməyə qərar verib. Nəticələr qadını heyrətləndirib.

4 həftə ərzində bu pəhrizə uyğun qidalanan Anna artıq çəkidən azad olub, onun sinir sistemi möhkəmlənib, stresin səviyyəsi azalıb, dərisi təmizlənib və cavanlaşıb.  

2-ci qan qrupu olan Anna pəhrizə uyğun olaraq qidalanmada ət məhsullarını kəskin məhdudlaşdırıb və əsasən yağlı balıq, tərəvəzlər, zeytun yağı, qoz, göbələk, albalı, ərik, sarımsaq, zəncəfil və yaşıl çay kimi məhsullara üstünlük verirdi.

Qadının sözlərinə görə, pəhrizə oturduqdan bir neçə gün sonra o, özünü xeyli gümrah hiss etməyə başlayıb.