Bakıda fürsətdən istifadə edib qiyməti artıran taksilər VİDEO


Digərləri 04 İyl 2018 21:54:00 312 0

Bakıda fürsətdən istifadə edib qiyməti artıran taksilər  VİDEO

Metronun və Bakı-Sumqayıt qatarının işləməməsindən sui-istifadə edən bəzi taksi sürücüləri qiymətləri qaldırıb.

Son.az bildirir ki, ötən gün axşam saatlarında yenidən elektrik enerjisinin verilməsində yaranan problem səbəbindən həm Bakı metropoliteni, həm də Bakı-Sumqayıt qatarları fəaliyyətlərini bir müddətlik dayandırıb. Bu səbəbdən minlərlə sərnişin avtobus dayanacaqlarına üz tutduğundan burada sərnişin sıxlığı yaranıb.

Sıxlıqda qalmamaq üçün bəzi vətəndaşlar taksidən istifadə etmək məcburiyyətində qalıblar. Bunu fürsət bilən bəzi taksi sürücüləri qiymətləri hətta 2 dəfə qaldırıblar.

Taksi sürücülərinn bəziləri isə sərnişinlərin iddiaları ilə razılaşmayaraq deyirlər ki, heç bir qiymət artımı olmayıb.