Milli rəqslərimiz Gürcüstanda təqdim olunub (FOTO)


Digərləri 04 İyl 2018 19:02:00 413 0

Milli rəqslərimiz Gürcüstanda təqdim olunub (FOTO)

Batumi və Kobuleti şəhərlərində Beyəlxalq Folklor Festival-Müsabiqəsi keçirilib.

Bakı. 29 iyun -3 iyul tarixlərində ənənəvi olaraq Gürcüstanın Batumi və Kobuleti şəhərlərində keçirilən “Морская гармония” adlı Beyəlxalq Folklor Festival-Müsabiqəsində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə Binəqədi Mərkəzi Mədəniyyət evinin “Köhnə Bakı” rəqs qrupunun üzvləri ölkəmizi təmsil ediblər. İdarədən Trend-ə verilən məlumata görə, qrupunun təqdimatında milli rəqsələrimiz xarici tamaşaçıların böyük marağına səbəb olub və onlarda yaddaqalan xoş təəssürat yaradıb. Festival-Müsabiqəyə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Rusiya, Ukrayna, Belarusiya, Latviya və İndoneziyadan 50 dən çox müxtəlif kollektivlər qatılıb. Qalibləri beynəlxalq dərəcəli, peşəkar xoreoqrflardan ibarət juri müəyyənləşdirib.