Kəmaləddin Heydərov partlayış baş verən ərazidə FOTO


Digərləri 04 İyl 2018 18:01:00 313 0

Kəmaləddin Heydərov partlayış baş verən ərazidə  FOTO

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-nin cərəyan transformatorunda baş vermiş qəza ilə bağlı Mingəçevir şəhərində olub.

Nazirlikdən Son.az-a verilən məlumata görə, baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədi ilə Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan Dövlət Komissiyasının üzvü, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov iyulun 3-ü və 4-də Mingəçevir şəhərində səfərdə olub. K.Heydərov Fövqəladə Hallar Nazirliyinin və digər dövlət qurumlarının nümayəndələrinin və "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-nin rəhbər şəxslərinin iştirakı ilə sıradan çıxmış cərəyan transformatorunun hazırkı vəziyyəti ilə tanış olub, aparılan təmir-bərpa işlərini yaxından izləyib. Problemin qısa zamanda tam həll olunmasının vacibliyini diqqətə çatdıran nazir yaranmış vəziyyətin Azərbaycan Prezidenti İlham Əliyevin diqqətində olduğunu xüsusilə vurğulayıb. K.Heydərov təmir-bərpa işlərinin operativ şəkildə həyata keçirilməsi üçün aidiyyatı qurumların nümayəndələrinə müvafiq tapşırıqlar verib.


Xəbərə aid fotolar