RƏSMİ: Ötən gün üçün hava +46 proqnozlaşdırılmışdı, amma...


Digərləri 04 İyl 2018 16:35:00 209 0

RƏSMİ: Ötən gün üçün hava +46 proqnozlaşdırılmışdı, amma...

İyulun ötən günləri ərzində Bakıda və Abşeron yarımadasında ən yüksək temperatur iyulun 1-də müşahidə edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Trend-ə bildirib ki, iyulun 1-də Bakıda 43-44 dərəcə, iyulun 2 və 3-də isə 40-43 dərəcə isti qeydə alınıb. Bu gün isə Bakıda gündüz saatlarında 40-42 dərəcə istinin olacağı proqnozlaşdırılıb.

G.Məmmədovanın sözlərinə görə, iyulun 1, 2 və 3-də Mərkəzi Aran rayonları və Naxçıvan Muxtar Respublikasında 40-44 dərəcə isti qeydə alınıb.

Qeyd edək ki, iyulun 3-də Azərbaycanın rayonlarında gündüz 40-44, bəzi yerlərdə 46 dərəcə temperaturun qeydə alınacağı barədə proqnozlar verilmişdi.