Bakıda piyadanı vurub öldürən sürücü saxlanıldı


Digərləri 04 İyl 2018 14:46:00 242 0

Bakıda piyadanı vurub öldürən sürücü saxlanıldı

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bakı. Samir Əli - Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Trend-in məlumatına görə, hadisə Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verib. Beyləqan rayon sakini, 1977-ci il təvəllüdlü Abbasov Əli Əhəd oğlu idarə etdiyi "Mercedes" markalı 10 GT 787 dövlət nömrə nişanlı avtomobili idarə edərkən yolu keçən piyada Ağayev Firudin Əlisahib oğlunu vurub. Piyada ağır xəsarətlərlə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.