63 yaşlı kişini eşşək vurub qarnını cırdı


Digərləri 04 İyl 2018 14:16:00 252 0

63 yaşlı kişini eşşək vurub qarnını cırdı

Qobustan rayonunda 63 yaşlı kişini eşşək vurub.

Son.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Xilmilli kəndində baş verib.

Kənd sakini, 1955-ci il təvəllüdlü Ağazaman Xanəli oğlu Xankişiyev həyətdə heyvanları tövləyə aparan zaman eşşək onu vurub.

Ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına gətirilən yaralı əməliyyat olunub. 

Xəstəxananın Cərrahiyə şöbəsindən verilən məlumata görə, A.Xankişiyevin bədən nahiyəsinin qarın boşluğunun kəsilmiş cırılmış yarası aşkarlanıb və cərrahi müdaxilədən sonra palataya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirirlər. 

Faktla bağlı araşdırma aparılır.