12 uşaq və məşqçi hələ də mağaradadır:


Dünya 04 İyl 2018 12:08:50 374 0

12 uşaq və məşqçi hələ də mağaradadır:

Taylandın şimalındakı Çianq Ray bölgəsindəki "Tham Luan Nang Non" mağaralarında qalmış uşaqların və məşqçinin xilas edilməsi ilə bağlı əməliyyatlar davam edir.

Son.az AsiaOne-a istinadən bildirir ki, 12 oğlan Taylandın "Qabanlar" futbol komandasının üzvləridir. Onlar 25 yaşlı baş məşqçi Ekkapol Çantovonq ilə birlikdə "Pattaya Biç"ə istirahətə yollanmış, sonra da mağaralara baxmağa qərar vermişdilər.

Uşaqlar mağaraya girəndə leysan yağışlar başlayıb, suyun səviyyəsi qalxıb və bu səbəbdən mağaradakıların çölə çıxmaları imkansız olub.

Çianq Ray vilayətinin qubernatoru Naronsak Osatanakornun dediyinə görə, onların hamısı indi təhlükəsizlikdədir.

Hadisə yerində polislər, hərbçilər, peşəkar dayverlər və xilasedicilər var.

Uşaqlara 4 aylıq ərzaq, su və dərman preparatları verilib.

Xilasetmə işlərinə ABŞ Hərbi-Dəniz Qüvvələrinin xüsusi təyinatlı SEAL ("dəniz pişikləri") dəstəsinin üzvləri də cəlb olunub.

Problem suyun səviyyəsinin qalxması olduğundan uşaqlar oksigen maskası taxandan sonra bir müddət suyun altında üzməli, sonra çölə çıxmalıdırlar.

Dayverlər indi uşaqlara qısa müddətdə də olsa, suyun altında üzməyi öyrədirlər.


Xəbərə aid video