“Azertexnolayn”dan daha bir uğur (FOTO)


Digərləri 04 İyl 2018 12:00:00 383 0

“Azertexnolayn”dan daha bir uğur (FOTO)

Belarusun paytaxtı Minsk şəhərində, MDB İcraiyyə Komitəsinin binasında keyfiyyətli məhsul və xidmətlər sahəsində əldə olunmuş uğurlara görə MDB iştirakçı ölkələrinin müəssisələrinin mükafatlandırılması mərasimi keçirilib.

Bakı. İyunun 18-də Belarusun paytaxtı Minsk şəhərində, MDB İcraiyyə Komitəsinin binasında keyfiyyətli məhsul və xidmətlər sahəsində əldə olunmuş uğurlara görə MDB iştirakçı ölkələrinin müəssisələrinin mükafatlandırılması mərasimi keçirilib. Dövlətlərarası Standartlaşdırma Şurasının 2017-ci ildə həyata keçirdiyi müsabiqənin nəticələrinə əsasən MDB-nin İqtisadi şurasının üzvlərindən ibarət olan münsiflər heyəti tərəfindən “Sumqayıt Kimya Sənaye Parkı”nda fəaliyyət göstərən “Azertexnolayn”( www.azertexnolayn.com ) şirkəti Polad Boru İstehsalı sahəsi üzrə keyfiyyətli məhsul və xidmət sahəsində əldə edilmiş uğurlarına görə MDB-nin ən nüfuzlu mükafatı ilə təltif edilib. Bu mükafat sayəsində “Azertexnolayn” şirkəti 3 il ərzində öz məhsullarının üzərində MDB-nin mükafatı emblemini göstərmək hüququna, eyni zamanda bu ölkələrə birbaşa olaraq bu müddət ərzində heç bir sertifikat tələb edilmədən məhsul ixrac edə bilmə qabiliyyətinə malik olacaq. Bu da eyni zamanda ölkəmizin iqtisadi cəhətdən inkişafında öz müsbət təsirini göstərəcək.