Gəncədə 16 ağac kəsən şəxs 4380 manat cərimələndi


Digərləri 04 İyl 2018 11:46:00 278 0

Gəncədə 16 ağac kəsən şəxs 4380 manat cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Bu barədə Son.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Reyd zamanı Gəncə şəhəri, Kəpəz rayonu, M.Hüseynzadə küçəsində köküstə yaş 16 ədəd lüqustr ağacının kəsildiyi və təbiətə 4380 manat məbləğində ziyan dəydiyi məlum olub.