Vergilər Nazirliyində ciddi kadr dəyişikliyi


Digərləri 04 İyl 2018 11:06:16 308 0

Vergilər Nazirliyində ciddi kadr dəyişikliyi

Vergilər Nazirliyində ciddi kadr dəyişikliyi olub.

Son.az APA-ya istinadən xəbər verir ki, Vergi auditi departamentinə Camal Qasımov, Vergi ödəyicilərinə xidmət departamentinə Elçin Məmmədov, Dövlət qeydiyyatı və uçota nəzarət departamentinə Ələkbər Məmmədov baş direktor təyin edilib.

Kadr islahatlarının Vergilər Nazirliyinin yeni strukturunun fəaliyyətə başlaması ilə əlaqədar olduğu bildirilir.

Qeyd edək ki, Vergilər Nazirliyinin yeni strukturu iyulun 1-dən fəaliyyətə başlayıb.