Cəlilabadda 5 istiqamət üzrə yollar yenidən qurulur (FOTO/VİDEO)


Digərləri 04 İyl 2018 10:13:43 212 0

Cəlilabadda 5 istiqamət üzrə yollar yenidən qurulur (FOTO/VİDEO)

Cəlilabadda 5 istiqamət üzrə yollar yenidən qurulur

Bakı. Cəlilabadda 5 istiqamət üzrə yollar yenidən qurulur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, söhbət ümumi uzunluğu 35 km olan Maşlıq-Muğan, Muğan-Söyüdlü, Söyüdlü-Kazımabad, Göytəpə-Privolnoye-Ağdaş-Soyuqbulaq avtomobil yollarından və Kazımabad kəndinin giriş yolundan gedir. Uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulmasında məqsəd yol boyu 15 yaşayış məntəqəsində yaşayan 42 min nəfər əhalinin gediş-gəlişini təmin etmək, M3 Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla yük və sərnişin daşımasını asanlaşdırmaqdır. Sözügedən yollarda işlər texnloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində torpaq və çınqıl örtüklü olan yollar 5-ci texniki dərəcədən 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Yolların eni 10 metrə qədər genişləndirilir. Bura 6 metr enində hərəkət hissə və 2 metr enində çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb. Tikinti layihəsinə uyğun olaraq yararsız qruntun qazılıb çıxarılması, əvəzinə yararlı material tökülərək əks-dolğu və kipləşdirmə işləri aparılır. Bu işlərə paralel olaraq 155 min kv.m sahədə çiyin hissələrin xüsusi materialla bərkidilməsi, 66 500 paqon-metr uzunluğunda küvet hissələrin avtoqreyderlə açılması da görülür.