Azərbaycanın bütün bölgələrində elektrik enerjisinin verilişi bərpa olunub YENİLƏNİB


Digərləri 04 İyl 2018 08:53:00 279 0

Azərbaycanın bütün bölgələrində elektrik enerjisinin verilişi bərpa olunub  YENİLƏNİB

04.07.2018

08:53

Azərbaycanın bütün bölgələrində enerji təminatı bərpa olunub.  

Son.az APA-ya istinadən bildirir ki, Bakının bütün rayonlarına, habelə respublikanın digər şəhər və rayonlarına elektrik enerjisinin verilişi təmin olunub. 

"Azerenerji" ASC gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.

-----------------

03.07.2018

23:55

Mingəçevir IES-in 6-cı enerji blokunda baş verən qəzadan sonra aparılan təmir-bərpa işləri başa çatdırılıb.Son.az APA-ya istinadən bildirir ki, Bakının enerji təminatı bərpa olunub, respublikanın əksər şəhər və rayonlarına (ölkənin Cənub, Şimal, Mil-Muğan, Qərb və Qarabağ bölgələrinə) elektrik enerjisinin verilişi təmin olunub.

Digər şəhər və rayonlara elektrik enerjisinin verilişinin təmin olunması üçün tədbirlər görülür.  

---------