Abşeronda mağaza yanıb


Digərləri 04 İyl 2018 08:26:00 339 0

Abşeronda mağaza yanıb

Abşeronda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, rayonun Məmmədli kəndində ümumi sahəsi 20 m² olan tikilinin (mağaza kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və 2 ədəd məişət avadanlığı yanıb.

Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.