Bir çox xəstəliklərin qarşısını alır


Digərləri 03 İyl 2018 22:50:00 258 0

Bir çox xəstəliklərin qarşısını alır

Üzüm çəyirdəyi yağının qidalılıq dəyəri çox yüksəkdir.   Son.az medicina.az-a istinadən bildirir ki, bir çox xəstəliklərin baş verməsinin qarşısını alır. Yağın tərkibində çoxlu miqdarda makro və mikro elementlər, doymamış yağ turşuları, vitaminlər, flavonoidlər, qətran maddəsi, fitosterol, fitonsidlər, enzimlər, xorofillər var.   Həmçinin  Omeqa6 yağı ilə zəngindir. Tərkibində orqanizm üçün faydalı maddələrin olmasına görə bu yağdan bir çox xəstəliklərin müalicə və profilaktikaslnda istifadə olunur. Üzüm çəyirdəyi yağı ürək-damar xəstəlikləri üçün faydalı sayılır. İstifadə damar divarlarının möhkəmlənməsinə və elastikləşməsinə səbəb olur. Bu yağ qanda pis xolesterinin miqdarını azaldır və damarlarda toplanan piy cisimciklərini əridir. Üzüm çəyirdəyi yağı vena və arteriyalarda olan iltihabi xəstəliklərin sağalmasına kömək edir.

Üzüm çəyirdəyi yağından aşağıdakı məqsədlərlə də istifadə edilir:

massaj üçün yağlar

dodaq balzamları   günəş yanıqlarına qarşı kremlər   kişilər üçün üz losyonları