"İnter RAO" Azərbaycana 200 MVt elektrik enerjisi tədarük edir


Digərləri 03 İyl 2018 22:24:00 305 0

"İnter RAO" Azərbaycana 200 MVt elektrik enerjisi tədarük edir

Tədarük ötən gün axşamdan qəza qarşılıqlı yardım müqaviləsi çərçivəsində həyata keçirilir

Rusiyanın enerji şirkəti "İnter RAO" ASC bazar ertəsi axşamdan qəza qarşılıqlı yardım müqaviləsi çərçivəsində Azərbaycana elektrik enerjisi tədarükünə başlayıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə jurnalistlərə "İnter RAO" ASC-dən məlumat verilib.

"Biz dünən 23:45-dən (Bakı vaxtı ilə çərşənbə axşamı 00:45-dən - red.) qəza qarşılıqlı yardım müqaviləsi çərçivəsində Azərbaycana elektrik tədarük edirik. 200 MVt-ın tədarükü gedir", - deyə şirkətdən bildirilib.