Cəfərilərin səhabələrin Peyğəmbərdən rəvayət etdikləri hədisləri qəbul etmədikləri doğrudurmu?


Digərləri 03 İyl 2018 21:15:00 304 0

Cəfərilərin səhabələrin Peyğəmbərdən rəvayət etdikləri hədisləri qəbul etmədikləri doğrudurmu?

Cəfərilərin səhabələrin Peyğəmbərdən rəvayət etdikləri hədisləri qəbul etmədikləri, yalnız imamlardan nəql edilən hədislərə inandıqları doğrudurmu?

Bu, kökündən yanlış olan bir fikirdir. Cəfəri məzhəbinin hədis mənbələrində Peyğəmbərdən rəvayət edilmiş minlərlə hədis mövcuddur. Son.az islam.az-a istinadən bildirir ki, bu hədislərin bir hissəsi Əhli-beyt imamlarının vasitəsilə rəvayət edildiyi kimi, bir hissəsi də digər səhabələrin yolu lə nəql edilir. Şiə mənbələrində Abdullah ibn Abbas, Cabir ibn Abdullah, Abdullah ibn Məsud, Əbu Səid Xudri, Əbu Əyyub Ənsari, Əbuzər Qifari, Ümmi-Sələmə kimi səhabələrin rəvayət etdiyi xeyli hədis vardır. Hətta şiə mənbələrində Əbubəkr, Ömər, Osman, Əbu Hüreyrə, Aişə, Abdullah ibn Ömər, Malik ibn Ənəs və digər səhabələrdən rəvayət edilən, bu məzhəbin hədis kriteriyaları baxımından mötəbər sayılmayan hədislərə də rast gəlirik. Cəfəri məzhəbi səhabələrin heç də hamısının ədalətli olmadığı görüşündədir və Peyğəmbərlə görüşməyi ədalətin şərtlərindən hesab etmir. Ona görə də cəfəri mənbələrində səhabələrdən rəvaət edilmiş hədislər daha diqqətlə araşdırılır və ədalətsiz səhabələrin rəvayət etdikləri hədislər mübahisəli mövzularda sübut sayılmır.