Koçaryan istintaqa çağırıldı


Dünya 03 İyl 2018 20:42:00 296 0

Koçaryan istintaqa çağırıldı

Ermənistanın ikinci prezidenti Robert Koçaryan 2008-ci il martın 1-də baş verən hadisələrlə bağlı Xüsusi İstintaq Komitəsinə çağırılıb.

Son.az report-a istinadən xəbər verir ki, həmin gün polis dinc etiraz aksiyası iştirakçılarına atəş açmışdı.

Bildirilib ki, 2008-ci il martın 1-də aksiya iştirakçıları Serj Sarqysanın prezident seçilməsinə etiraz edirdilər. Yerevanda polislə aksiya iştirakçıları arasında baş vermiş toqquşma nəticəsində azı 8 etirazçı öldürülmüşdü.