Marşrut xətləri üzrə sərnişinlər ödənişsiz daşınacaq


Digərləri 03 İyl 2018 19:42:00 279 0

Marşrut xətləri üzrə sərnişinlər ödənişsiz daşınacaq

Təkrar baş verən elektirik kəsintisi ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi sərnişindaşıma və yollarda nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi üçün zəruri tədbirlərin icrasına başlayıb.

Bakı Nəqliyyat Agentliyindən Son.az-a verilən məlumata görə, sərnişin sıxlığının qarşısının alınması üçün bütün zəruri tədbirlər görülür.

İlkin olaraq bütün marşrut xətləri üzrə sərnişinlərin ödənişsiz daşınmasına göstəriş verilib.