Ermənistan MOK sədrinin mühafizə xidmətinin rəisi saxlanıldı


Dünya 03 İyl 2018 18:42:00 272 0

Ermənistan MOK sədrinin mühafizə xidmətinin rəisi saxlanıldı

Ermənistan Milli Olimpiya Komitəsinin (MOK) sədri, Çiçəklənən Ermənistan Partiyasının sədri və Ermənistan Milli Yığıncağının deputatı Qagik Tsarukyanın mühafizə xidmətinin rəisi Eduard Babayan saxlanılıb.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi rəhbərinin müşaviri Sona Truzyan açıqlama verib. O deyib ki, E.Babayan insident zamanı adı açıqlanmayan şəxsə ağır fiziki xəsarət yetirməkdə şübhəli bilinir. Hazırda mühafizə xidməti rəisinin evində axtarışın aparılması barədə vəsatət hazırlanır.

İyulun 2-də axşam saatlarında "Ermənistan" tibb mərkəzinə 1968-ci il təvəllüdlü kişi sınıq və zədələrlə müraciət edib. İlkin məlumatlara əsasən, o, "Olimpavan" idman kompleksində döyülüb. Hadisə yerindən qan izləri aşkarlanıb. Faktla əlaqədar cinayət işi qaldırılıb, ekspertlər təyin olunub.