Bu gün keçirilən buraxılış imtahanlarının nəticələri yaxın günlərdə açıqlanacaq


Digərləri 03 İyl 2018 18:09:10 385 0

Bu gün keçirilən buraxılış imtahanlarının nəticələri yaxın günlərdə açıqlanacaq

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün keçirilən buraxılış imtahanları başa çatıb.

Bakı. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün keçirilən buraxılış imtahanları başa çatıb. DİM-dən Trend-ə verilən məlumata görə, Bakı şəhərində yerləşən xüsusi təyinatlı orta məktəblərin və Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızı yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 57625 şagird (IX sinif üzrə 32795, XI sinif üzrə 24830) üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilib. 9-cu sinif şagirdləri üçün imtahan (II mərhələ) saat 10:00-da başlanıb və 1 saat 30 dəqiqə ərzində aparılıb. 11-ci sinif şagirdləri üçün isə imtahan saat 15:00-da başlanıb və 2 saat 45 dəqiqə müddətində aparılıb.