Ağır qəza iki qardaşın həyatına son qoydu VİDEO FOTO


Digərləri 03 İyl 2018 17:35:00 311 0

Ağır qəza iki qardaşın həyatına son qoydu  VİDEO  FOTO

Bərdə rayonunun Əmirli kəndi ərazisində yol qəzası baş verib.   

Son.az ARB TV-yə istinadla xəbər verir ki, qəzada iki qardaş canından olub. Sərxoş piyadanın məsuliyyətsizliyi də canı bahasına başa gəldi.

"Hyundai" və "VAZ" 2107 markalı avtomobillər toqquşub. Nəticədə Bakı şəhər sakinləri Elvin Abışov və onun qardaşı Təbriz Abışov hadisə yerində ölüb.

Paytaxtın Binəqədi rayonunda da ağır yol qəzası olub.

Sərxoş piyadanı avtomobil vuraraq öldürüb. Hadisə Biləcəri qəsəbəsi ərazisində qeydə alınıb. Əli Abbasov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçmək istəyən şəxsi vurub. Sürücü ağır vəziyyətdə olan piyadanı xəstəxanaya apararkən o, yolda dünyasını dəyişib. Əli Abbasov polisə aparılıb.  

Əli Abbasov - Sürücü: "40-50 km sürətlə yolu yuxarı qalxırdım, iş yoldaşım da yanımda idi. Hər yer qaranlıq idi. Anidən özünü maşının qabağına atdı. Maşını saxlamağımla, onu bura gətirməyim 10-12 dəqiqə çəkdi. Piyan idi. Gətirdim xəstəxanaya yerləşdirdim, həkimlər dedi ki, o artıq keçinib".


Xəbərə aid fotolar