Prokuror banka silahlı basqın edən şəxsə 13 il cəza istədi


Digərləri 03 İyl 2018 17:20:00 246 0

Prokuror banka silahlı basqın edən şəxsə 13 il cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda banka basqın etməkdə təqsirləndirilən Nazim Məmmədovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb və dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəza istəyib.

Prokuror N.Məmmədovun 13 il azadlıqdan məhrum edilməsini istəyib.