Azərbaycan XİN-də Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi müzakirə edilib


Digərləri 03 İyl 2018 16:55:00 233 0

Azərbaycan XİN-də Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi müzakirə edilib

Xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) baş katibi Elhadc As-Sini qəbul edib.

Bakı. Xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) baş katibi Elhadc As-Sini qəbul edib. Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Federasiya arasında mövcud münasibətlərin cari vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıldı, tərəflər arasında mövcud olan uğurlu əməkdaşlığın gələcəkdə daha da gücləndirilməsinə ümid ifadə edilib. Baş katib E.As-Sini Azərbaycanı təmsil etdiyi cəmiyyətin fəal tərəfdaşı adlandırıb, ölkəmizdə humanitar sahədə görülən işlərdən və əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə edib. Görüşdə həmçinin, milli cəmiyyətlərin fəaliyyətinin artırılması, milli və regional səviyyədə həyata keçirilən layihələr, humanitar fəaliyyətin dəstəklənməsi istiqamətində atılan addımlar ətrafında fikir mübadiləsi aparılıb.