Agentlik sədri: Turizm informasiya mərkəzlərinin fəaliyyətində ciddi dəyişikliklər ediləcək
Digərləri 03 İyl 2018 13:24:00 218 0
Regional turizm informasiya mərkəzlərinin fəaliyyətində yaxın zamanda ciddi dəyişikliklər ediləcək.
Bakı. İlhamə İsabalayeva -
Regional turizm informasiya mərkəzlərinin fəaliyyətində yaxın zamanda ciddi dəyişikliklər ediləcək. Onlar daha innovativ, kreativ, müasir üsullarla turistlərə xidmət edəcək.
Trend-in məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bu gün keçirilmiş müşavirədə deyib.
O qeyd edib ki, hər bir turist bütün bölgələrdə lazımi məlumatları əldə etmək iqtidarında olmalıdır, onların arzularının və şikayətlərinin yönəldə biləcəyi ünvan olmalıdır. Eyni zamanda Dövlət Turizm Agentliyinin qarşıya qoyduğu əsas məsələlərdən biri regionların turizm potensialının təbliğində və turizm istiqaməti kimi formalaşdırılmasında turizm informasiya mərkəzlərinin rolunu artırmaqdır.
Mənbə: az.trend.az