Hadı Rəcəbli: "Azərbaycanda əhalinin təbii artımı 100 minə yaxın iş yerinin yaradılmasını tələb edir"


Digərləri 03 İyl 2018 12:37:00 299 0

Hadı Rəcəbli: "Azərbaycanda əhalinin təbii artımı 100 minə yaxın iş yerinin yaradılmasını tələb edir"

Azərbaycanda əhalinin təbii artımı təxminən 1,2 faizdir. Bu da məntiqi olaraq, təxminən 100 minə yaxın iş yerinin yaradılmasını tələb edir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Azərbaycan Hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında imzalanmış "2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı" çərçivəsində məşğulluq xidməti orqanlarının potensialının gücləndirilməsi məqsədilə keçirilən 4-cü təlim kursunun açılışında deyib.

Onun sözlərinə görə, son 15 ildə ölkədə məşğulluq problemi önə çəkilib.