DÇ2018: Neymarı ələ saldılar VİDEO FOTO


Digərləri 03 İyl 2018 11:40:00 196 0

DÇ2018: Neymarı ələ saldılar  VİDEO  FOTO

Rusiyada keçirilən DÇ-2018-də dünən oynanmış Braziliya-Meksika matçının gedişatı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Son.az Daily Mail-ə istinadən bildirir ki, Braziliya yığmasının 2:0 hesabla qalib gəldiyi matçda qol vuran, ikinci qola assistentlik edən Neymarın davranışı xüsusilə hiddət doğurub.

İngiltərə yığmasının sabiq ulduzu, 57 yaşlıv Hari Lineker yazıb: "Neymarın ağrıya heç dözümü yoxmuş. Üstəlik də, əla aktyormuş".

İspaniyanın "Sevilya" klubunun və Meksika yığmasının müdafiəçisi Migel Layun təsadüfən Neymarın sağ ayağını basdalayıb. Bundan sonra  yerə sərilən Neymar qışqırmağa, inildəməyə, qıvrılmağa başlayıb.

Neymarın hərəkətləri sosial şəbəkələrlə ələ salınıb, lağlağı obyekti olub.


Xəbərə aid fotolar